AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev milli komandanın yeni baş məşqçisi Fernandu Santuş ilə imzalanan müqavilənin detalları barədə məlumat verib.
AzerTimes xəbər verir ki, S.Hacıyev portuqaliyalı mütəxəssis ilə imzalanan sözləşmənin müddətinin 3+1 illik olduğunu bildirib.
Federasiya rəsmisi anlaşmanın maliyyə tərəfləri barədə məlumat verməyib.
Qeyd edək ki, Santuş ötən gün Azərbaycan millisinin baş məşqçisi təyin olunub. Bu gün isə ictimaiyyətə təqdim edilib.