Sanosyan hindistanlı nazirlə müzakirə apardı

Sanosyan hindistanlı nazirlə müzakirə apardı

Hindistanın yeni və bərpa olunan enerji mənbələri naziri Rac Kumar Sinqxlə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Ərazi idarəetmə və İnfrastruktur Nazirliyindən bildirilib.

Videokonfrans vasitəsilə baş tutan görüşdə tərəflər enerji sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Sanosyan Hindistan şirkətlərinin Ermənistanda enerji infrastrukturlarının tikintisi, yenidən qurulması və modernləşdirilməsi layihələrində iştirakının vacibliyini qeyd edib.

“Xüsusilə son vaxtlar Ermənistan-Hindistan münasibətləri sürətlə inkişaf edir”, – erməni nazir bildirib.

Teqlər: