Rusiyanın Sankt-Peterburq şəhərində bələdiyyə deputatı rezin çubuqla döyülüb.
AzerTimes xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb .
Məlumata görə, hadisə yerinə Rusiya Qvardiyasının dəstəsi gəlib və polisin köməyi ilə 22 yaşlı sakin saxlanılıb. Zərərçəkmiş deputat xəstəxanaya göndərilib. Ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu qoyulub. Tibbi yardım göstərildikdən sonra deputatın vəziyyəti qənaətbəxşdir. Hücum edən şəxs xuliqanlıqda ittiham olunub.