Rusiyada Sankt-Peterburq sakini “Avito” elan saytında oğlunun satışına dair elan yerləşdirib.
Elan “Heyvanlar” bölməsində olub.
Sankt-Peterburqun uşaq hüquqları üzrə ombudsman aparatından elanın silinməsi ilə bağlı saytın rəhbərliyinə müraciət edildiyi bildirilib.
Bunun şəhərdə ilk belə hadisə olmadığı qeyd olunur. Bundan əvvəl başqa bir kişi də oxşar elan yerləşdirib, oğlunun özünü pis apardığını qeyd edib və əvəzsiz olaraq, onu etibarlı əllərə təslim etmək istədiyini yazıb. Bu hərəkətinə görə həmin şəxs cərimə edilib.