Qərb anti-Rusiya sanksiyalarla bağlı siyasətinə yenidən baxmalıdır. Çünki məhdudiyyətlər yalnız Moskvanın gəlirlərini artırır.
AzerTimes xəbər verir ki, bu barədə Avstraliyanın “Konverseyşn” nəşri yazıb.
Məqalədə bildirilir ki, tətbiq edilmiş iqtisadi məhdudiyyətlər yalnız enerji daşıyıcılarının qiymətlərini artırıb və bütün dünyada inflyasiyanın kəskin yüksəlməsinə səbəb olub:
“Neft satış qiymətinin məhdudlaşdırılması təşəbbüsü nəzərdən keçirilir. AB-nin planına görə, bu Rusiyanı zəiflətməli və xüsusi hərbi əməliyyatı maliyyələşdirmək imkanlarını azaltmalıdır.
Dünyada hələ də Rusiya neft məhsullarını almaq istəyən ölkələr var. Beləliklə, Rusiya itirmir, ancaq gəliri artırır. Üstəlik, Rusiyanın enerji resurslarının təchizatında rolunu nəzərə alaraq, məhdudiyyətlər qlobal enerji təchizatında böyük şok effekti yarada bilər”.