Sanksiyalar Rusiya iqtisadiyyatına hansı təsirləri göstərir? – ŞƏRH

Xəbər - Elçin Mehdiyev – Trend:

Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar
gözlənildiyindən daha sərt oldu. 2014-cü ildə Ukrayna məsələsində
Rusiya ilə Qərb arasında münasibətlər gərginləşən zaman sanksiyalar
bu qədər sərt deyildi.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, sanksiyaların, eyni zamanda,
genişlənməsi müşahidə edilir ki, bu da Rusiya iqtisadiyyatı üçün
arzuolunan deyil.

“Artıq sankiyalar öz təsirini göstərir. Rusiya rubulunun dollar
qarşısında məzənnəsi xeyli dəyər itirib. Sanksiyalar tətbiq
olunduqdan sonra Moskva birjası dörd gün fəaliyyətə başlaya
bilmədi. Xüsusilə, Rusiyanın aparıcı banklarının SWIFT-dən
uzaqlaşdırılması Rusiya şirkətlərinin səhmlərinin kəskin
ucuzlaşmasına gətirib çıxarıb. Eləcə də Qərb bir sıra rus
oliqarxların, iş adamlarının xaricdəki əmlaklarının istifadəsinə
qadağa qoydu və bu da rusiyalı iş adamları üçün ciddi maliyyə
itkisi düməkdir”, – deyə V.Bayramov qeyd edib.

Deputat əlavə edib ki, Qərb praktik olaraq sanksiyalar tətbiq
etməklə, çox fərqli vasitələrdən yararlanaraq Rusiya
iqtisadiyyatını zəiflətməyə çalışır.

“Təsirlər var və gözlənilir ki, bu təsirlər növbəti mərhələdə də
davam edəcək. Sanksiyalar Rusiyanın aparıcı şirkətlərinin maliyyə
vəziyyətinə ciddi təsir edəcək. Rusiya da alternativ variantlardan
istifadə etməyə çalışır. Belə ki, Rusiyada dolların ölkədən
çıxarılmasının məhdudlaşdırılması həyata keçirildi, xarici
şirkətlərin aktivləri donduruldu, Mərkəzi Bank uçot dərəcəsini 20
faizə qədər artırdı.

Nəzərə alsaq ki, sanksiyalar texnologiyalar da daxil olmaqla bir
çox sahələri əhatə edir, bu baxımdan, sanksiyalar Rusiya
iqtisadiyyatına təsirsiz ötüşmür. Sanksiyaların dairəsi daha da
genişlənərsə, növbəti mərhələdə Rusiya iqtisadiyyatına daha ciddi
təsir edə bilər”, – deyə V.Bayramov vurğulayıb.

Teqlər: