Sanksiyalar: Məqsəd Putini diz çökdürmək deyil!

Sanksiyalar: Məqsəd Putini diz çökdürmək deyil!

AB Ukraynaya görə Rusiyaya sanksiya tətbiq etməsinə baxmayaraq, Almaniya ilə xarici ticarətinin artması bütün bu addımların effektsizliyini sübut edir.

AzerTimes xəbər verir ki, bu barədə “Velt” nəşri yazıb.

Nəşr yazır ki, Qərbin Rusiyaya qarşı sanksiyalarının əsas məqsədi Putini diz çökdürmək yox, ona xəbərdarlıq etməkdir. Amma çətin ki, Rusiya bu xəbərdarlığa qulaq assın.

Həmçinin məqalədə qeyd olunur ki, Avropa Birliyinin Rusiyaya kömür, polad, ağac, sement, balıq, spirtli içkilər və qızıl məhsullarının idxalı məhdudlaşdırılsa da, Rusiyanın Almaniyada inkişaf edən qaz biznesi açıq şəkildə bu itkiləri kompensasiya edir. Belə ki, təkcə iyun ayında alman istehlakçıları Rusiya təchizatçılarına 3,5 milyard avro köçürüb. Bu da may ayı ilə müqayisədə təxminən 5% artım deməkdir. 2021-ci ilin may ayı ilə müqayisədə artım hətta 39% təşkil edir.

Teqlər: