Sanksiyalar işləmir, Rusiya iqtisadiyyatı daha da güclənir

Sanksiyalar işləmir, Rusiya iqtisadiyyatı daha da güclənir

Rusiyaya qarşı sanksiyalar işə yaramır.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya İcmalar Palatasının Xəzinədarlığının Seçki Komitəsinin sədri Harriet Bolduin danışıb.

“Sanksiyaların Rusiya iqtisadiyyatı üçün real problemlər yaratmadığına dair konsensus var. BVF (Beynəlxalq Valyuta Fondu) bu il onun ən güclü iqtisadiyyatlardan birinə çevriləcəyini proqnozlaşdırır”, – Bolduin bildirib.

Komitə rəhbəri iddia edir ki, sanksiyalar nə qədər uzun müddət davam edərsə, onlardan yan keçməyin yolları bir o qədər çox görünür.

O bildirib ki, Rusiya neftinin qiymətinə tətbiq olunan sanksiya da effektli nəticə vermir.

Teqlər: