Qərbin sanksiyaları Rusiyanın qızıl satışına mane ola bilmir, çünki az tanınan vasitəçi şirkətlər başqa ölkələrdə yeni alıcılar tapırlar.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” nəşri məlumat yayıb.
Məlumata görə, əvvəllər Londona gönədərilən rus qızılı indi BƏƏ, Honkonq və Türkiyəyə axır.
“Brink’s Co.” və “Loomis” şirkətləri Ukraynada müharibə başlayandan sonra rus qızılının daşınmasını dayandırdılar. Lakin boşluq başqa şirkətlər tərəfindən dolduruldu. 2022-ci ilin mart-avqust aylarında Honkonq vasitəsilə 300 milyon dollarlıq Rusiya qızılı göndərilib. Həmin dövrdə İstanbul hava limanından təxminən 305 milyon dollarlıq Rusiya qızılı aparılılıb. BƏƏ də Rusiya qızılının əsas ixrac məkanına çevrilib. Bu müddət ərzində Dubay Azad Zonası və qızıl bazarı ofisləri ilə treyder olan “Paloma Precious DMCC” 109 milyon dollar dəyərində qızıl idxal edib”, – nəşr bildirib.
“Blumberq” qeyd edib ki, Dubayda bəzi treyderlər özlərini taxıl ticarətçisi kimi təqdim edirlər.