Sanksiyalar bu ölkələri çökdürəcək – Volodin

Sanksiyalar bu ölkələri çökdürəcək – Volodin

Rusiyaya tətbiq edilən sanksiyalar Qərb və Yaponiyanın iqtisadiyyatını çökdürəcək.

AzerTimes xəbər verir ki, bu barədə KTMT Parlament Assambleyası Şurasının sədri, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Onun sözlərinə görə, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Kanada iqtisadiyyatı Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ağırlığı altında əzilir. 2022-ci ilin birinci rübündə ABŞ-da ümumi daxili məhsulun artım tempi 1,5% azalıb, inflyasiya isə 1981-ci ilin dekabrından bəri ən yüksək həddə – 8,6%-ə çatıb.

Spiker həmçinin qeyd edib ki, sanksiyalarda iştirak etməyən səkkiz ölkə – Çin, Hindistan, Rusiya, İndoneziya, Braziliya, Meksika, İran və Türkiyənin ÜDM istehsalı baxımından göstəriciləri köhnə qrupdan 24,4% irəlidədir.

Teqlər: