Sanksiyalar Aİ üçün ciddi problem olacaq – Borrell

Sanksiyalar Aİ üçün ciddi problem olacaq – Borrell

Yaxın gələcəkdə Rusiyaya qarşı sanksiyalar səbəbindən Avropa İttifaqı üçün ciddi problemlər olacaq.

AzerTimes xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell deyib.

“Biz Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırırıq. Nə qədər ki, Rusiya iqtisadiyyatı neft və qazdan asılıdır, onların bizim texnologiyaya ehtiyacı olacaq. Rusiya çətin vəziyyətə düşüb. Və təbii ki, biz qısa müddətdə ciddi problemlərlə üzləşəcəyik. Qazın qiymətinin qalxdığını danmaq olmaz. Ancaq azadlığın bədəlini ödəməyə hazır olmalıyıq”, – Borrell bildirib.

Teqlər: