Ukraynadakı müharibə səbəbindən Rusiyaya tətbiq edilən sanksiyalara məruz qalanlar sırasında məşhur azərbaycanlı milyarderlər Vahid Ələkbərov, Fərhad Əhmədov və Qod Nisanovun da adları var.
AzerTimes adları çəkilən milyarderlərə tətbiq olunan sanksiyaların bir qismini təqdim edir:
1. Fərhad Əhmədov. Son məlumata görə, varidatı 1,36 milyard funt sterlinqdir. O, “Nortqaz”, “FARCO Securities”, “AZNAR” QSC kimi şirkətlərə rəhbərlik edir.
– İsveçrə 8 apreldə Aİ-nin Rusiyaya qarşı elan etdiyi beşinci sanksiyalar paketinə uyğun olaraq 200-ə yaxın rusiyalı şəxsin, o cümlədən Fərhad Əhmədovun aktivlərini həmin ayın sonunda dondurub.
– 13 apreldə Böyük Britaniya bir çox rusiyalı milyarderə, o cümlədən Fərhad Əhmədova sanksiya tətbiq edilməsi haqqında qərar qəbul edib.
– 11 mayda Almaniyanın Hamburq şəhərində onun “Luna” adlı yaxtası müsadirə olunub. Yaxtanın dəyəri 400 milyon dollar civarındadır. Dünən Fərhad Əhmədov ona qarşı tətbiq olunan sanksiyaların ləğvi üçün Avropa İttifaqında müraciət edib.
2. Vahid Ələkbərov. “Blumberq Milyarderlər İndeksi”nin ( Bloomberg Billionaries Index- BBI) mart ayına olan məlumatına görə, Vahid Əhmədovun ötən ilin sonunda sərvəti 26,16 milyard dollar civarında olub, sanksiyaların tətbiqindən sonra isə onun sərvəti 17,4 milyard dollara düşüb.
– 13 apreldə Böyük Britaniyanın elan etdiyi sanksiyalar paketinə V.Əhmədovun da adı daxil edilib.
– Vahid Əhmədov 21 apreldə “Lukoyl” ASC-nin prezidenti və Direktorlar Şurasının üzvlüyü vəzifələrindən öz istəyi ilə uzaqlaşıb. Buna səbəb ona tətbiq edilən sanksiyalar səsəbindən şirkətin ziyan çəkməsidir. Mart ayına olan məlumata görə, o, şirkətin səhmlərinin 3,12%-nə nəzarət edib. Bundan əlavə milyarder sahibkar etimad və investisiya fondları vasitəsilə səhmlərin 5,43%-də benefisiar iqtisadi marağa (səsvermə hüququ olmadan) sahib idi.
– “Forbes.ru”nun 26 mayda yaydığı informasiyaya görə, Vahid Əhmədov gəmilərin təmir və inşa olunması ilə məşğul olan “Heesen Yachts” müəssisəsinin səhmlərini müstəqil Niderland fonduna verib. O, sözügedən müəssisələrin səhmlərini 2008-ci ildə 100 milyon avroya satın alıb.
3. Qod Nisanov. Ötən ilin məlumatına görə, onun sərvəti 3,4 milyard dollar civarındadır.
– 2 iyunda ABŞ-ın Rusiyaya sanksiya paketinə onun da adı salınıb. Bunun dərhal ardından Qod Nisanov Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb.