Rusiyaya qarşı sanksiyalara görə ölkənin “Saxalin-1” layihəsi çərçivəsində neft hasilatı 22 dəfə – sutkada 10 min barrelə qədər azalıb.
AzerTimes xəbər verir ki, bunu Rusiya Baş nazirin müavini, Rusiya Prezidentinin Uzaq Şərq Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Yuri Trutnev deyib.
O bildirib ki, bu, təkcə Saxalin vilayətinin iqtisadiyyatına deyil, bütün Uzaq Şərq və bütövlükdə Rusiyaya təsir göstərib:
“Bununla da 2023-cü ildə büdcədə (Saxalin vilayətinin büdcəsinə – red) 38 milyard rubla qədər əskiklik olacaq”, – o bildirib.