Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar işə yarayır, lakin istənilən effekti əldə etmək üçün vaxt lazımdır.
AzerTimes xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Borrelin sözlərinə görə, Aİ sanksiyaları Rusiyada 1200-ə yaxın fiziki şəxs və 100-ə yaxın təşkilatı, həmçinin Rusiya iqtisadiyyatının əhəmiyyətli sayda sektorunu hədəf alıb:
“Putin siyasi volüntarizmin sehrli gücünə inanır. Amma bu, uzun çəkə bilməz. Hətta sanksiyalar qısamüddətli perspektivdə Rusiyanın hərəkətlərinin trayektoriyasdını dəyişdirməsə belə, bu o demək deyil ki, onlar işə yaramır. Sanksiyalarsız Rusiya öz piroqunu alar və onu yeyərdi. Məhz sanksiya nəticəsində o, yağ və silah arasında seçim etmək məcburiyyətində qalıb”, – Borrell bildirib.