Rusiyada metroda partlayış olub. Hadisə Sankt-Peterburq şəhərində baş verib.
“Sennaya ploşad” metrostansiyasında baş verən partlayış nəticəsində 10 nəfərin öldüyü bildirilir. Daha 50 nəfər isə yaralanıb.
Hadisə yerində təhqiqat qrupu çalışır. Faktla bağlı cinayət içi açılıb. Partlayışdan sonra bir neçə stansiyada hərəkət məhdudlaşdırlıb.
Metronun iki stansiyasında partlayış baş verib. Belə ki, partlayış “Sennaya meydanı” və “Texnologiya İnstitutu” stansiyalarında baş verib.
Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti dünən Sank-Peterburqda metroda terror aktı törətməkdə şübhəli sayılan şəxsin adını açıqlayıb.
(Yeni məlumat)
Terror aktının 1995-ci ildə Qırğızıstanın Oş vilayətində anadan olmuş, hazırda Rusiya vətəndaşı olan Akberjon Cəlilov tərəfindən törədildiyi ehtimal edilir.
Hazırda Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin Oşdakı müvafiq strukturları Ə. Cəlilovla bağlı bütün məlumatları, əlaqələri araşdırır.