Gürcüstan Prezidenti Salome Zurabişvili ilə moldovalı həmkarı Maya Sandu arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Zurabişvili sosial şəbəkə hesabında məlumat verib.
Zurabişvili Gürcüstan xalqına dəstək verdiyi üçün Sanduya təşəkkür edib.
“Bizim birgə gələcəyimiz Avropadadır”, – Zurabişvili vurğulayıb.