Moldova Prezidenti Maya Sandu gürcüstanlı həmkarı Salome Zurabişvili ilə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Sandu X hesabında məlumat paylaşıb.
“Mən indicə Salome Zurabişvili ilə Gürcüstandakı seçkilərlə bağlı danışdım. Moldova azadlıq, demokratiya və Avropanın gələcəyi uğrunda mübarizə aparan bütün gürcüləri dəstəkləyir”, – Sandu bildirib.
Məlumata görə, Zurabişvili və Sandu telefon söhbətində oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərini müzakirə ediblər. Zurabişvili bildirib ki, səslər Rusiyanın iştirakı ilə tamamilə saxtalaşdırılıb və o, nəticələri tanımaqdan imtina edib.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində Gürcü Arzusu Partiyası 53.93 faiz səslə qalib gəlib. Müxalifət və Prezident Zurabişvili seçkinin nəticələrini tanımayıb.