Moldova Prezidenti Maya Sandu və komandası vətəndaşların əksəriyyətinin etirazlarına baxmayaraq, Rumıniya ilə birləşmək üçün hər şeyi edir.
AzerTimes xəbər verir ki, bunu Moldovanın Qaqauz muxtariyyətinin parlament sədri Dmitri Konstantinov deyib.
“Respublikanın idarəetmə orqanlarında, Mərkəzi Bankın rəhbərliyində Rumıniya vətəndaşlığını açıq və qürurla bəyan edənlər çoxdur. Bundan əlavə, iki ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi artıq aparılır”, – Konstantinov bildirib.