Sandu Kiyevə gəldi

Sandu Kiyevə gəldi

Moldova Prezidenti Maya Sandu Ukraynanın paytaxtı Kiyevə səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Məlumata görə, Sandu Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskaya ilə birgə Maydan hərəkatının ildönümü ilə bağlı təntənəli tədbirdə iştirak edib.

Qeyd edək ki, Almaniya müdafiə naziri Boris Pistorius da bu gün səhər saatlarında Kiyevə elan olunmamış səfərə gəlib.

Teqlər: