Moldova Prezidenti Maya Sandu iyunin 27-də Kiyevə gəlib, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
AzerTimes xəbər verir ki, məlumatı Ukrayna mediası yayıb.
Görüş barədə məlumatı Sandu administrasiyası təsdiqləyib.
Məlumatda qeyd olunur ki, Sandu paytaxtın ətraf rayonlarına – Buçaya, İrpinə və Borodyankaya səfər edəcək.
Qeyd edək ki, Sandu iki gün öncə Kiyevə səfər edəcəyini desə də, vaxtını təhlükəsizlik səbəbindən açıqlamamışdı.