Şamxani Rusiyaya gedir

Şamxani Rusiyaya gedir

İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani gələn həftə Rusiyaya səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.

O bildirib ki, Ə.Şamxani Rusiyaya Əfqanıstanla bağlı məsləhətləşmələr üçün gəlir.

Z.Kabulov görüş zamanı İran ətrafında vəziyyətin müzakirə olunmayacağını da vurğulayıb.

Teqlər: