Şamxani Paşinyanla görüşdü: Bu, qəbuledilməzdir!

Şamxani Paşinyanla görüşdü: Bu, qəbuledilməzdir!

Ermənistan Baş naziri Nikol Paşinyan və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani arasında görüş baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Görüş zamanı rəsmilər ikitərəfli əlaqələri müzakirə ediblər.

Şamxani bildirib ki, ölkəsi Ermənistanla əlaqələrin inkişafında və gücləndirilməsində maraqlıdır.

O, regionda geosiyasi vəziyyəti dəyişmək cəhdlərinin qəbuledilməz olduğunu bildirib və İranın dövlətlərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində infrastrukturların blokdan çıxarılması prosesini dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, Şamxani İrəvanda səfərdədir.

Teqlər: