Qarabağdakı keçmiş separatçıların keçmiş başçısı, 28 sentyabrda qondarma qurumun ləğvi barədə “fərman” imzalayan Samvel Şahramanyan artıq Ermənistandadır.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mediası keçmiş separatçı dəstənin keçmiş “deputatı” David Qalstyana istinadla məlumat yayıb.
Qalstyan Şahramanyanın Ermənistanda olduğunu təsdiqləyən foto da paylaşıb.
Qeyd edək ki, ötən gün gecə saatlarında Samvel Şahramanyanın da Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumatı erməni mediası yaymışdı. Lakin Şahramanyana Azərbaycanın tələblərini icra etməsi səbəbindən güzəşt ediləcəyi barədə müşahidəçilər ehtimallarını irəli sürmüş və onun saxlanılmadığını da iddia etmişdilər.