Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.
İnsident rayonun Qovlarsarı kəndində yaşanıb, münaqişə zəminində kürəkən – 28 yaşlı Vüqar Həsənov qayınatası Rəfael Ələkbərov tərəfindən bıçaqlanıb. Qayınata və V.Həsənovun qaynı Əli Ələkbərov isə xəsarət alıblar.
Rəfael Ələkbərov saxlanılıb.
Hadisə onlar arasında yaranan mübahisədən sonra baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Həsənov Vüqar sərxoş vəziyyətdə qayınatasıgilə gəlib. Bu zaman onların arasında söz-söhbət olub. Nəticədə Rəfael Ələkbərov kürəkəninə 2 bıçaq zərbəsi vurub.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.