Samuxda ov edən şəxs cəzalandırılıb

Xəbər - Çingiz Səfərli – Trend:

Samux Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində ov edən şəxs saxlanılıb.

AzerTimes-ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Telman Rəhimov olduğu müəyyən edilib.

“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”, – məlumatda qeyd edilir.


Twitter: @cingizsafarli

Teqlər: