Samuxda kənd sakinləri “Şəhidlər bulağı”nın su kranını qıran şəxsi döyüblər

Samux rayon Polis Şöbəsinə (RPŞ) rayonun Kolayır kənd sakini,
Mirzaman Əliyevin naməlum şəxslər tərəfindən döyülərək müxtəlif
bədən xəsarətləri alması barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov AzerTimes-a
bildirib ki, dərhal Samux RPŞ-nin əməkdaşları təxrəsalınmaz
əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət
yetirən şəxslərin kimliyini müəyyə edib.

Araşdırmalar zamanı məlum olub ki, M.Əliyevi rayonun Füzuli
kəndində yerləşən “Şəhidlər bulağının” su kranını qırdığına görə,
həmin kəndin sakinləri Rahib Bayramlı, Nərman Qələndərli, Həsrət
Qəmbərli və Rüfət Əliyev tərəfindən döyülərək müxtəlif bədən
xəsarətləri yetirilib.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda
Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Teqlər: