Samuxda evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Xəbər - Samir Əli – Trend:

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qarabağlar kənd sakini Ruzi Allaverdiyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Twitter: @GuleliyevSamir

Teqlər: