Samux rayonunun Köbər kəndində ümumi sahəsi 98 m² olan hazırda fəaliyyət göstərməyən birmərtəbəli məişət evinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.