Samur Abşeron kanalında uşaq batdı

Samur Abşeron kanalında uşaq batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Samur Abşeron kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Bu barədə AzerTimes-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Teqlər: