Anons olunmuş yeni smartfonun əsas özəlliyi, onun qapaqlı olmasıdır.
Samsung Leader 8-in korpusu aviasiya alüminiumun ərintisindən hazırlanıb.
Texniki göstəricilərinə gəldikdə isə o, 4.2 inç-lik iki ədəd Super AMOLED ekran (biri ön paneldə, digəri isə arxa paneldə), Snapdragon 821 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi), 2300 mAh enerji tutumlu batareya, 12 MP-lik ikili arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz olunub.
Yeni mobil cihaz, Android 6.0 Marshmallow əməliyyat sistemi vasitəsilə çalışır. Bunlardan əlavə olaraq Samsung Leader 8-in arxa panelində barmaq izi skanı da var.
Smartfon, Smasung Pay, Secure Folder, S Voice kimi tətbiqlərlə birlikdə təqdim olunacaq. Lakin buna baxmayaraq o, Bixby səsli köməkçisinə sahib olmayacaq. Yeni smartfonun çıxış tarixi və qiyməti barəsində isə hələki heç bir məlumat yoxdur.