Bespoke Home 2021 virtual tədbiri, Bespoke soyuducu seriyasının qlobal genişləndirilməsinə və şirkətin yeni məhsullarına həsr edilmişdir.
Mayın 11-də Samsung Electronics “Bespoke Home” təqdimatını ilk dəfə virtual formatda təqdim edəcəkdir. Bespoke soyuducu xəttinin dünya bazarlarında istifadəyə verilməsi münasibətilə təşkil edilən bu tədbirdə, Samsung, məişət texnikası kateqoriyasında ən yeni cihazlarını və xidmətlərini nümayiş etdirəcəkdir.
Samsung Electronics şirkətinin prezidenti və məişət texnikası şöbəsinin rəhbəri C.S. Linin bildirdiyinə görə: “Ev alətlərinin icra etdiyi funksiyalar əsasən dəyişməz qalsa da, insanların həyat tərzləri əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu gün evlər daha ağıllı, zövqlər isə daha müxtəlif və incədir. Biz Samsung texnologiyalarının bu dəyişiklikləri özündə əks etdirməsini gözləyirik və bu səbəbdən də individual dizayna malik olan Bespoke yaratdıq. ”
Şəxsi evim
“Bespoke Home” tədbirində, çevik funksionallıq və şəbəkə düşüncə tərzi ilə şəxsləndirmə tənzimləmələrinin imkanlarını özündə birləşdirən və dəyişkən istifadəçi tələblərinə tam şəkildə cavab verən Bespoke məişət texnikasının fəlsəfəsini əks etdirən cihazlar nümayiş etdirəcəkdir.
Samsung, ən son yeniliklərdən istifadə edərək istənilən istifadəçiyə uyğun mükəmməl “sifarişli ev” konsepsiyasının necə yaradıldığı haqqında bəhs edəcəkdir.
Şəxsi dizayn
Müasir istifadəçi, öz şəxsi seçimlərini əks etdirən ev mühitini fərdiləşdirmək imkanına sahib olmaq arzusundadır. Bu məqsədlə, Samsung, istifadəçinin istəyinə uyğun tənzimlənə bilən modul elementləri vasitəsi ilə sahibinin həyat tərzi ilə harmonik bir şəkildə uyğunlaşan Bespoke seriyasını tərtib etmişdir.
Şəxsi rahatlıq
Pandemiya zamanı “ev” eyni zamanda özündə idman zalı, ofis və sinif otağı kimi sahələri birləşdirən çoxfunksiyalı bir məkana çevrilmişdir. Genişləndirilmiş Bespoke məhsul xəttində, Samsung, müasir həyat tərzinə uyğun fərdiləşdirilə bilən xüsusiyyətləri və modul dizaynı olan cihazları təklif edir. Ətraf interyerdən asılı olaraq, modul əlavə etmək bacarığından başlayaraq, rəflərin sayının, yerlərinin, həmçinin soyuducunun içindəki temperaturun tənzimlənməsi ilə bitən, istənilən dəyişikliyin edilməsini dəstəkləyən texnika, öz funksiyalarını maksimum dərəcədə artıraraq fərdiləşdirilə bilir.
Şəxsi AI
İstifadəçilər mövcud məişət cihazlarının evdəki ekosistem bağlantısından istifadə edəcəyini gözləyirlər. Bu istəkləri reallaşdırmaq üçün Samsung süni zəka və SmartThings-dən istifadə edərək vaxta qənaət edən və səmərəliliyi artıran sadə ev idarəetmə həlləri təqdim edir.
Belə ki, Bespoke Home cihazları, digər xüsusi bacarıqlarla yanaşı, istifadə rahatlığının təmin edilməsi üçün Samsung SmartThings platformasını dəstəkləyən xidmətlər də təklif edir:
• Resept, onlayn alış-veriş, menyu və digər tövsiyələri özündə birləşdirən yemək servisləri;
• Ev heyvanlarına evdən kənar nəzarəti təmin edən “ev heyvanlarına qayğı” platforması;
• Geyim baxımı üçün təlimatlar təklif edən ağıllı qarderob idarəetmə sistemi;
• Intuitiv anlaşılan hava keyfiyyətinin izləmə sistemi və digər IoT imkanları.
Ümumi hədəflər
İnsanlar evdə daha çox vaxt keçirərək, tullantı və enerji istehlakını azaldır və getdikcə daha “şüurlu” həyat tərzi seçir. Samsung isə istifadəçilərə ətraf mühitə mənfi təsiri azaltmağa kömək edə biləcək etibarlı və enerjiyə qənaət edən məhsullar təqdim etməyə çalışır.
Şirkət, modul dizayna sahib olan və tələb olunduqca panelləri dəyişilə bilən və bununla da cihazın ömrünü uzatmağa imkan verən Bespoke soyuducularını təqdim etdir. Bundan əlavə, Samsung paltaryuyan maşınları Ecobubble ™, QuickDrive ™ və AI texnologiyaları sayəsində işləmə dövrünü qısaldaraq və daha aşağı temperaturda yumanı təmin edərək, yuyucu vasitələrin effektivliyini artırır və enerjiyə qənaət edirlər.
2012-ci ildən Samsung, ev alətlərinin istehsalında təkrar emal olunmuş plastikdən istifadəni davamlı olaraq genişləndirir və bu ildən etibarən Koreyada təkrar emal olunmuş ekoloji təmiz qablaşdırmaların tətbiqini planlaşdırır.
Bespoke məhsul xətti və yeni Samsung cihazları haqqında daha çox məlumat əldə etmə üçün, Bespoke Home 2021-in təqdimatına Samsung Azerbaijan rəsmi Facebook səhifəsinə Bakı vaxtı ilə 18:00-da qoşulmağı unutmayın.