“Samsung” şirkəti üçölçülü görüntünü nümayiş etdirə bilən prototip ekranı təqdim edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Koreyanın “ET News” nəşri bildirib.
Bildirilib ki, ixtira “Samsung Display” törəmə şirkəti tərəfindən Seulda keçirilən sərgidə təqdim edilib.
Ekran prototipinin ölçüsü 13 düymdür. Displeyin matrisası bir neçə istiqamətdə çevrilə və əyilə bilər. Beləliklə, o, iki ölçülü bir ekranda 3D-görüntünü əks etdirə bilir.