Samsung qabyuyan maşınları – suya qənaət etməyin düzgün yolu (FOTO)

Keçən həftənin əvvəlində aldığımız gözlənilməz xəbər demək olar ki, hamımızı təəccüblədirdi. Belə ki, su təchizatı qiymətlərinin kəskin artması yeganə müzakirə mövzusuna çevrildi. İndi hər kəsi narahat edən ən vacib sual suya necə qənaət etməkdir. Doğrudur, ixtisara salınmayan normalar mövcuddur və belə olduğu halda ikinci dərəcəli sərfiyyatın yəni, paltar və qab yumaq üçün istifadə etdiyimiz suyun həcmini azaltmaq vacibdir. Gəlin sadə bir təcrübə keçirək, qab yumağa əslində nə qədər su sərf etdiyimizi müşahidə edək, sözsüz ki, bu cür adiləşmiş məqamlara heç birimiz bir o qədər də fikir vermir. Özünüz düşünün, bir tavanı yumaq üçün əvvəlcə islatmanız, sonra suyu açıb, isinməsini gözləməniz, yuyucu vasitə əlavə edib sürtməniz və nəhayət vasitənin qalıqlarını təmiz yumanız tələb olunur. Ən əsası isə bütün bu müddətdə sudan istifadə etməyə davam edirsiniz. Buraya tavanın bir deyil, bir neçə ədəd olmasını əlavə etsək, böyük su itkisi ilə üzləşirik. Bəs belə olduğu halda nə etməli? Heç fikirləşmədən qabyuyan maşın əldə etməlisiniz! Belə ki, sözü gedən bu məişət əşyası, suyu özü qızdırır, eyni anda böyük sayda qab yuyur və suya qənaət edir. Samsung-un təqdim etdiyi yeni nəsil qabyuyan maşınlar isə qabların çirklənmə dərəcəsindən asılı olaraq iş rejimini özü tənzimləyir.

Buna misal olaraq, qabları əl ilə yuyarkən siz 70-100 litr su istifadə edirsiniz, Samsung qabyuyan maşınlar isə bu göstəricidən 10 dəfə daha az, yəni 7-14 litr su işlədir. Həmçinin, yeni Samsung qabyuyan maşınları, qabları cəmi bir saata içində təmiz yumağa imkan yaradan, ekspress yuma proqramı sayəsində vaxta və suya əhəmiyyətli dərəcədə qənaət edir. Əlavə olaraq, dövr başa çatdıqdan sonra, qapısını özü avtomatik şəkildə açan bu texnika, qabların qurudulmasının səmərəliliyini 35% artırır.

Qeyd etmək lazımdır ki, maşının hündürlüyü tənzimlənə bilən rəfi sayəsində, siz istənilən sayda qabı rahatlıqla yuya bilərsiniz. Buna misal olaraq, hündür qazanı yumaq tələb olunan hallarda, yuxarı rəfin yerləşməsini 5 sm qədər dəyişərək istənilə ölçüdə qabı maşına yerləşdirə bilərsiniz. Lakin buna baxmayaraq, maşının qabaritləri olduqca kompakt olub, hətta kiçik ölçülü mətbəxlərdə belə istifadəyə uyğundur. Eyni zamanda, qabyuyan maşınının iş prosesini minimum səs ilə icra etdiyindən, ətrafdakılara heç bir maneçilik törətmir. Gücləndirilmiş səs izolyasiyası və yenilənmiş kamera dizaynı sayəsində Samsung qabyuyan maşınları olduqca “səssiz” işləyərək, səs səviyyəsini 44 dB saxlayır, bu da adi söhbətdən daha sakitdir.

Lakin, sözü gedən bu maşınları təkcə yatanda deyil, hətta evdə olmadığınız anlarda belə aktiv edə bilərsiniz. Buna misal olaraq, bütün çirkli qabları maşına yükləyə və heç bir narahatlıq hissi yaşamadan rahat şəkildə işə gedə bilərsiniz. Belə ki, Samsung-un təqdim etdiyi yeni nəsil qabyuyan maşınları Aqua Stop adlanan, sızmaya qarşı xüsusi sensor ilə təchiz edilmişdir. Beləliklə, qeyd edilən sensor, maşında su sızmasını aşkar etdikdə, elektrik enerjisi təminatını dərhal kəsərək, bütün prosesi dayandırır.

Samsung qabyuyan maşınları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.az və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.

Teqlər: