Samsung Jet naqilsiz tozsoranları – sürətli və asan təmizlik

Kiçik köməkçilər təmizliyi həqiqətən tez və asanlıqla tamamlayıb, sevdiklərinizə və özünüzə vaxt ayırmağa imkan verərək həyatı asanlaşdırır. Bu səbəbdən, müasir həyat ritmində, adi tozsoranla yanaşı naqilsiz tozsoranın da olması vacib məqamdır. Belə ki, belə texnikanın vəzifəsi həmişə əl altında olmaq və ev təmizliyində kömək etməkdən ibarətdir. Qeyd olunan hallarda Samsung Jet idealdır seçimdir. Tozsoranın yüngül gövdəsi cəmi 1,66 kq təşkil edir, yüksək texnoloji dizaynı isə istənilən interyerə tamamilə uyğun gəlir.

Samsung Jet, dəqiqədə 110.000 dövrə fırlanma sürətinə malik inverter mühərriklə işləyir, tozsoranın sovurma gücü isə 200 Vatt təşkil edir. Qeyd edilən gücü tozsoranın “qulpunda” yerləşən displey üzərindən tənzimləmək mümkündür. Beləliklə, “orta səviyyə” xalça da daxil olmaqla əksər səthlərin təmizlənməsi üçün yetərlidir. Minimum sovurma gücü isə xırda töküntüləri o cümlədən, dağılmış şəkər un və ya yemək qalıqlarının yığılması üçün istifadə oluna bilər. Beləliklə, naqilsiz tozsoran adi bir tozsoranın yığılmasına vaxt itirmədən, tez bir zamanda təmizlik etmək üçün idealdır.

Yeni tozsoranın yaradılmasına bütün diqqətini yönəldən Samsung, sadəcə ideal təmizlik köməkçisi deyil, həm də məkan daxilində hava keyfiyyətini qoruyub saxlayan texnika təqdim etmişdir. Beləliklə, Samsung Jet 0,3 -dan 10 mikron ölçülü hissəciklər aralığında 99,9% -ni effektiv neytrallaşdıran xüsusi HEPA filtrini özündə birləşdirən beş mərhələli filtrasiyalı siklonik tullantı ayırma sistemi ilə təchiz edilmişdir. Beləliklə burada hava filtrasiyası bir neçə mərhələdə aparılır: əvvəlcə hava sovurma borusundan keçərək, əsas siklona daxil olur və metal filtrdən keçir, sonra isə multisiklonlu kameraya daxil olur. Bu filtrasiya sayəsində ən kiçik tullantılar belə maksimum dərəcədə neytrallaşdırılır. İndi təmizləndikdən sonra məkan daxilində hava yalnız təmiz deyil, həm də təhlükəsiz olacaqdır. Ən əsası isə tullantı konteynerinin və filtrlərin bütün komponentləri axar su ilə yaxalana bilər.


Adından da göründüyü kimi, tozsoran lityum-ion batareya üzərindən tam avtonom şəkildə işləyir ki, bu da minimum işləmə gücündə – 60 dəqiqəyə qədər, turbo rejimində isə 6 dəqiqəyə qədər əlavə yükləmə tələb olunmadan təmizlik etmək imkanı yaradır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, tozsoranın yükləmə stansiyası universaldır, onu istədiyinizdə yerdə və ya divara quraşdıra bilərsiniz.

Ev təmizliyi ayrı-ayrı əşyaların və ya səthlərin təmizləməsi deməkdir, belə olduğu halda Samsung Jet-in arsenalında yer alan müxtəlif yönlü 7 universal fırça dəsti əvəzedilməzdir. Buna misal olaraq, Soft Action fırçasının yumşaq başlığı antistatik gümüşü toxumadan ibarət olub, sərt səthlərdən və dəliklərdən xırda hissəcikləri effektiv şəkildə toplanması üçün nəzərdə tutulub. Fırçanın başqa bir üstünlüyü – onun 180 dərəcə fırlanmasıdır ki, bu da hərəkət istiqamətini asanlıqla dəyişdirməyə və otağın hər küncünü rahatlıqla təmizləməyə imkan yaradır. Əlavə olaraq, burada təmizliyi asanlaşdıran tənzimlənə bilən teleskopik boru da təqdim edilmişdir ki, onun uzunluğu 4 sabit mövqedən birinə dəyişə bilinir.

Samsung Jet tozsoranları haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Teqlər: