Samsung Galaxy Z Fold3 və Galaxy Z Flip3 – davamlılıq testi (VİDEO)

Samsung-un təqdim etdiyi yeni qatlanan smartfon seriyası – Galaxy Z Fold3 və Galaxy Z Flip3 hər kəsi heyran etdi. İstifadəçilər inanılmaz forma faktorunun və qatlanan ekranın istifadə təcrübəsindən olduqca məmnundurlar. Qatlanan ekranın icad edilməsi Samsung mühəndislərindən olduqca çox səy və cəsarət tələb etdi. Texnologiya yeni olduğundan Samsung mütəxəssisləri illər ərzində minlərlə sınaq keçirdərək, müxtəlif perspektivləri araşdırmış və yeni yanaşma axtarmışdırlar. Nəticədə, onlar yeni xüsusi şarnir texnologiyasını hazırlaya, dünyada ilk olan – gücləndirilmiş alüminium adlı yeni materialı təqdim edə bilmişlər. Əlavə olaraq, ekran panelinin komponentlərinin maksimum davamlılıq üçün optimallaşdırdıran yeni texnologiyalar icad etmişlər. Hətta prototipləri və hazır məhsulları sınaqdan keçirmək üçün şirkətin mühəndisləri yeni üsullar yaratmışdırlar. Belə ki, xüsusi iqlim kamerasını icad edən mütəxəssislər, burada cihazları bir çox sınaqlardan keçirir, o cümlədən ekstremal hava şəraitində işləmə qabiliyyətini yoxlayır və suya davamlılıq, S Pen-in istifadəyə yararlılığı və ən əsası qatlama testlərini həyata keçirir.

Termo-krio kamera testləri video oxutma və kameralar kimi komponentlərin quru, rütubətli, isti, və ya soyuq kimi müxtəlif iqlim şəraitində qüsursuz işləməsini təmin edir. Suya davamlılıq testi bu xüsusiyyətə malik ilk qatlanan smartfonun üstün su izolyasiya performansını təsdiqləyir. Testlərin hətta Flex rejimi də daxil olmaqla cihazın müxtəlif mövqelərdə fiksasiya edildiyi halda da aparılmasını qeyd etmək vacibdir. Əlavə olaraq, mühəndislər ekran altındakı rəqəmsal sensoru, o cümlədən “qat” yerlərini yoxlamaq üçün S Pen testlərindən də istifadə etmişdirlər. Və cihazların həqiqətən “çevik” olmasını əmin olmaq üçün Galaxy Z smartfonları 200.000 dəfə qatlanmaya məruz qalmışdır. Bu da gündə 100 dəfə qatlanıb-açılma daxil olmaqla beş illik istifadəyə bərabərdir. Maraqlısı odur ki, bu test istifadəçinin real şəraitdə, məsələn, iki əllə qatlama və açmaq kimi hərəkətlərini əks etdirir.


Bütün testlər Samsung-un rəsmi mənbələrdə paylaşdığı videoda qeyd edilib. Burada təqdim edilən videoda bütün sınaq prosesi ilə vizual olaraq tanış ola bilərsiniz. Video da sizi tamamilə suya yerləşdirilmiş smatrfondan tutmuş mexaniki qolla “qatlamaya” qədər həqiqətən maraqlı kadrlar gözləyir. Smartfonun işləyərkən suya salınması və heç bir şey olmamış kimi işləməyə davam etməsi həqiqətən çox valehedici mənzərədir.