“Samsung Galaxy S21 Ultra” ilə bağlı vacib məlumat təsdiqləndi

İnternetdə artıq uzun müddətdir məlumat gəzir ki, Samsung şirkəti özünün Galaxy Note seriyasından imtina edəcək. Lakin keçən həftə şirkət rəsmi olaraq bildirmişdi ki, 2021-ci ildə yeni Galaxy Note modelləri təqdim olunacaqlar.

Buna baxmayaraq S Pen stilusunun təkcə Galaxy Note smartfonlarının deyil həmçinin digər Galaxy modellərininin də dəstəkləyəcəyi məlumatı həm insayderlər tərəfindən həm də Samsung təmsilçiləri tərəfindən dəfərlərlə təsdiqlənib. ABŞ-ın Federal rabitə komissiyasının (FCC) saytında isə bu məsələ ilə bağlı məlumat ortaya çıxıb.

FCC-ın hesabatında qeyd edilib ki, Samsung-un SMG9988 model nömrəsinə (Galaxy S21 Ultra) sahib flaqman smartfonu S Pen stilusunun dəstəyini əldə edəcək. Beləliklə FCC daha əvvəldən ortada gəzmiş vacib məlumatı təsdiqləmiş oldu. Lakin Galaxy Note seriyasından fərqli olaraq Galaxy S21 Ultra smartfonu S Pen stilusu üçün giriş hissəsi əldə etməyəcək. Bununla yanaşı FCC-nın məlumatları arasında qeyd edilib ki, smartfon ikitərəfli şarj texnologiyasının dəstəyini əldə edəcək. Bu texnologiya sayəsində Galaxy S21 Ultra vasitəsilə digər cihazları da şarj etmək mümkün olacaq.

Son məlumatlara əsasən Galaxy S21 smartfon seriyası 14 yanvar tarixində təqdim olunacaq./Technote.az/

www.yenicag.az

Teqlər: