“Samsung Electronics” şirkəti əyilən displeyli “Galaxy X” smartfonunun istehsalına başlamaq istəyir.
Açılıb – bağlanan formada buraxılacaq cihaz elastik ekranla birləşmiş iki OLED displeydən ibarət olacaq. Smartfon 180° bucaq altında açıla biləcək.
Söz-söhbətə görə, Cənubi Koreya nəhəngi artıq 2-3 min ədəd əyilən ekranlı smartfonun komplektlərinin istehsalı üçün sifariş yerləşdirib. Bu smartfonlar bu ilin birinci yarısında hazır olmalıdır.
Nəhayət, mənbə əlavə edir ki, “Samsung” və onun “Samsung Display” bölməsi rəqiblərini qabaqlamaq üçün işləri sürətləndiriblər. Şirkət bu ilin ikinci yarısında bazara məhdud sayda “Samsung Galaxy X” partiyasını buraxmağa çalışır.