Bir müddət əvvəl “Samsung” şirkətinin istehsal etdiyi Galaxy Note 7 telefonunda batareya problemi yaranmışdı.
Batareya probleminə görə bu model telefonlar qızırdı, hətta bəziləri alovlanmışdı. Şirkət bu səbəbdən çox sayda telefonu geri çağırmaq məcburiyyətində qalmış, batareya sistemində dəyişiklik etmişdi.
İndi isə “Samsung”un 2014-cü ildə satışa buraxdığı Galaxy Note 4 telefonlarında problem aşkarlanıb. Bildirilir ki, Note 4-lərin batareyasında da problem yaşanıb. Bu səbəblə şirkət 10 min ədəd Note 4 telefonunu geri çağırmaq barədə qərar verib.