Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ-ın Kaliforniya ştatında pilotsuz avtomobillərin sınağı üçün icazə aldığını elan edib.
Şirkət avtomobil biznesinə daxil olmaq niyyətinin olmadığını da bəyan edib: “Biz gələcəyin ağıllı və daha təhlükəsiz nəqliyyat vasitəsinin axtarışındayıq”.
Qeyd edək ki, may ayında “Samsung” Cənubi Koreyada pilotsuz avtomobillərin sınağı üçün icazə alıb. O zaman şirkətdən bildirilib ki, pilotsuz avtomobili əlverişsiz hava şəraitində idarə etməyə imkan verən alqoritmi testdən keçirirlər. ABŞ-da hansı funksiyaların sınaqdan çıxarılacağı haqda isə açıqlama verilmir.