Xəbər - Orxan Nəbiyev – Trend:
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ-ın Texas ştatında 17 milyard dollar dəyərində yarımkeçiricilər zavodu inşa edəcək.
Trend-in məlumatına görə, zavodun tikintisi yanvar ayında başlayacaq. Müəssisədə istehsal prosesinin 2024-cü ildə işə düşməsi planlaşdırılır.
Zavodun ümumi ərazisi 557 min kvadrat metr təşkil edəcək.
Qeyd edək ki, hazırda dünya ölkələrində yarımkeçiricilərin çatışmazlığı ilə əlaqədar bir sıra şirkətlər məhsul istehsalını müvəqqəti dayandırmaq və ya azaltmaq məcburiyyətində qalır. Çatışmazlıq əsasən pandemiya dövründə elektrik avadanlığına, eləcə də avtomobillərə artan tələbatla izah edilir.