Müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib.
AzerTimes xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında qeyd edib.
Müğənni hava limanından foto paylaşaraq Tel-Əvivdən İstanbula uçduğunu bildirib.
Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.