Samir Vəliyev vətəndaşların müraciətlərini dinlədi

Samir Vəliyev vətəndaşların müraciətlərini dinlədi

20 saylı Nərimanov ikinci seçki dairəsindən deputat Samir Vəliyev növbəti vətəndaş qəbulunu keçirib.

AzerTimes xəbər verir ki, deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, çətinlikləri ilə maraqlanıb. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıqla bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin deputat tərəfindən nəzarətə götürüləcəyi və həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləcəyi seçicilərin diqqətinə çatdırılıb.

Teqlər: