Azərbaycanın maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) illik toplantısında iştirak etmək üçün ABŞ-da səfərdədir.
AzerTimes xəbər verir ki, S.Şərifov ölkəmizin Vaşinqtondakı səfirliyini ziyarət edib, fövqəladə və səlahiyyətli səfir Xəzər ibrahimlə görüşüb.
Görüşdə nazir və səfir müxtəlif məsələlər ətrafında ikitərəfli müzakirələr aparıblar.
Samir Şərifov səfər çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edəcək.