Azərbaycan samboçuları Avropa çempionatında bir neçə medal qazanıblar.
Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, samboçulardan ibarət milli komandamız İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.
Mirfəttah Seyidəliyev (64 kq) ikinci yeri tutub. Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə ediblər.
Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir.
Xatırladaq ki, qitə birinciliyi aprelin 23-də başa çatacaq.