Şamaxının məşhur turizm yerlərindən biri olan Məlhəm kəndində əhalinin su və elektrik enerjisi ilə təminatı bərbad vəziyyətdədir.
Bu haqda kənd əhalisi AzerTimes-a şikayətində bildirib.
Yerli əhali dövlət tərəfindən kənddə infrastrukturun yenidən qurulması üçün ayrılan pulun aidiyyəti üzrə xərclənmədiyini qeyd edir. Eyni zamanda kənd yollarının vəziyyəti də acınacaqlı durumdadır.