Şamaxı rayonunun Dədəgünəş kəndində ümumi sahəsi 48 m² olan
birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar,
bitişik ümumi sahəsi 44 m² olan birmərtəbəli inzibati binanın dam
örtüyü 20 m² sahədə və qismən tavanı yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, binanın
qalan hissəsi və yaxınlıqda olan digər tikililər yanğından mühafizə
olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən
söndürülüb.
Bundan əlavə, Ağdam rayonunun Qasımbəyli qəsəbəsində ümumi
sahəsi 42 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları
36 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından
mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən
söndürülüb.