Xəbər - Samir Əli – Trend:
Şamaxıda qadını şantaj edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinə şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyalarının alınması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.