Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək

Dekabrın 6-da İqtisadiyyat Nazirliyi, ADA Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şamaxı rayonundakı Tədris Mərkəzində keçiriləcək tədbirin məqsədi Qarabağda bərpa-quruculuq işləri ilə bağlı elmi cəhətdən əsaslandırılmış təkliflərin işlənib hazırlanması barədə müzakirələrin aparılmasıdır.

Konfransda İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Statistika, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitələrinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), AMEA, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan İqtisadçılar İttifaqı, Auditorlar Palatası və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin məruzə və çıxışları dinləniləcək, müzakirələr aparılacaq.

Aşağıdakı keçid vasitəsilə (link) Konfransa canlı olaraq “Zoom” proqramı üzərindən qoşulmaq mümkündür:
https://us06web.zoom.us/j/82034022230?pwd=T0dSanhFTXV0V2FJMTE0SDNPZTZLUT09
ID: 820 3402 2230 Parol:2021

Link dekabrın 6-da saat 9-dan etibarən istifadədə olacaqdır.

Teqlər: