Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə AzerTimes-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edək ki, ötən gün axşam saat 22:05 radələrində ölkə ərazisində 5 maqnitulalı zəlzələ baş verib. Zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 bala qədər hiss olunub.