Xəbər - Ceyhun Ələkbərov – Trend:
Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzində bu günə kimi 1500 nəfər vaksinasiya olunub.
AzerTimes-ın məlumatına görə, mərkəzdə gündəlik olaraq 200-300 nəfər peyvəndləmə prosesindən keçir.
Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzinə vaksinasiyaya gələn vətəndaşlar üçün 10 otaq ayrılıb. Bunlar peyvənddən öncə qəbul, peyvənd, post-vaksinasiya və digər otaqlardır.
Mərkəzin artıq 500 nəfər tibb işçisi ilk peyvəndləmədən keçib, hazırda ikinci mərhələ davam etməkdədir.